- ictimaifikir.az ANALİTİK İNFORMASİYA AGENTLİYİ

Dilimizin Səməd Vurğun zirvəsi

Baharda dünyaya gələn şair

Azərbaycan tarixinin ən görkəmli şəxsiyyətlərdən biri

Şəhidlərimizin qəhrəmanlığı, milli iradə və dövlət siyasətinin zəfərə aparan yolu

Aprel döyüşləri - Zəfərə səsləyən qətiyyət və inam

Aprel döyüşləri Azərbaycanın hərbi gücünün ilkin təsdiqi oldu

Aprel döyüşləri Şanlı Vətən müharibəsində böyük Zəfərə gedən yolda mühüm əhəmiyyət kəsb edir

Şanlı aprel zəfərindən 10 il ötür

Aprel döyüşləri Azərbaycan Ordusunun ordunun şəxsi heyətinin döyüş əzminin, qələbə ruhunun yüksəldilməsində tarixi stimul oldu

Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü və xalqımızın birliyini nümayiş etdirdi